...

Bakıda 75 yaşlı qadının cəsədi aşkar edilib

Hadisə Materials 5 Aprel 2016 04:05 (UTC +04:00)
Bakıda mənzildə cəsəd tapılıb.
Bakıda 75 yaşlı qadının cəsədi aşkar edilib

Bakı. Trend:

Bakıda mənzildə cəsəd tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1941-ci il təvəllüdlü Nəzərova Amaliya Bağır qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 20:32-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti