Bakı. Trend:
Gəncədə vətəndaşa məxsus evdə yanğın hadisəsi baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan birmərtəbəli 1 otaqlı taxtadan ibarət evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 204 kv.m olan 1 mərtəbəli 4 otaqlı tikintisi başa çatmayan evin taxtadan ibarət arakəsmə divarı 10 kv.m sahədə yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 17:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.