...

Şəmkirdə silah alverçisi tutulub

Hadisə Materials 10 May 2016 17:42 (UTC +04:00)
Gədəbəy sakini Şəmkirdə silah satarkən tutulub.
Şəmkirdə silah alverçisi tutulub

Bakı. Trend:

Gədəbəy sakini Şəmkirdə silah satarkən tutulub.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Şəmkir rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayon sakini Qabil Məmmədcəfərov saxlanılıb. O, "Makarov" markalı tapançanı və ləvazimatlarını satarkən tutulub.

Q.Məmmədcəfərov tapança ilə yanaşı, 29 ədəd patronu və 2 ədəd patron darağını həmyerlisi Niyaməddin Hüseynova satarkən ələ keçib.

Polis tərəfindən faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti