Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Elnarə Fətullayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Fətullayeva 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama əsasən, E.Fətullayeva Bakı şəhər sakinlərinin etimadını qazanaraq onlara qarşı külli miqdarda dələduzluq edib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.