...

Fındıq sexindən 7 kisə ləpə oğurlayan şəxs saxlanıldı

Hadisə Materials 6 İyun 2016 13:14 (UTC +04:00)
Fevral ayında Zaqatalada baş vermiş oğurluq hadisəsinin üstü açılıb.
Fındıq sexindən 7 kisə ləpə oğurlayan şəxs saxlanıldı

Bakı. Trend:

Fevral ayında Zaqatalada baş vermiş oğurluq hadisəsinin üstü açılıb. daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, cari il fevralın 12-də Zaqatala şəhər sakini Rüstəm Hüseynova məxsus fındıq sexindən 7 kisə (300 kq) ləpə oğurlanıb. Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini, əvvəllər məhkum olunmuş Əmrullah Məmmədov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti