...

Xaçmazda partlayış həyəcanı yaşadan şəxs "həbsxana həyəcanı" yaşayacaq

Hadisə Materials 14 İyun 2016 13:01 (UTC +04:00)
Samir Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Xaçmazda partlayış həyəcanı yaşadan şəxs "həbsxana həyəcanı" yaşayacaq

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluqla bağlı yalan məlumat verməkdə təqsirləndirilən Samir Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçiririlən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 5 il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, 2015-ci il dekabrın 30-da saat 18:52-də özünü Süleymanov Samir adı ilə təqdim etmiş şəxs FHN-in "112" xidmətinə zəng edərək Xaçmaz rayonunda yerləşən "Almas" şadlıq sarayında və rayonun istənilən yerində partlayış olacağını bildirib. Dərhal müvafiq əməliyyat tədbirləri həyata keçirilib, lakin məlumat təsdiqini tapmayıb. Zəngin Xaçmaz şəhər sakini, 53 yaşlı S.Süleymanov tərəfindən edilməsi müəyyən edilib və o, rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. O, ilkin ifadəsində restorandan çox səs gəldiyini, bundan bezdiyini, ona görə də bu cür hərəkət etdiyini deyib. Faktla əlaqədar cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti