...

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edildi

Hadisə Materials 23 İyun 2016 13:44 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Ağdam rayon sakini Şamil Zeynalovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Ağdam rayon sakini Şamil Zeynalovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Trend-in məlumatına görə, prosesə hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirib. Daha sonra zamində olan Ş.Zeynalov barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə zalında həbs edilib.

İş üzrə məhkəmənin baxış iclası iyunun 29-a təyin edilib.

İttihama görə, Ş.Zeynalov vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ keçirməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti