Bakı. İlhamə İsabalayeva - Trend:
Dənizdə çimən 3 nəfər boğulub, 1 nəfər isə xilas edilib.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, iyunun 26-da Masazır qəsəbə sakini Azər Novruzov Sumqayıt şəhərindəki dəniz çimərliyində çimərkən boğulub. Meyit sudan çıxarılıb.
İyunun 22-də çimmək məqsədilə dənizə tullanmış Fərid İsmayıllının meyiti tapılıb. F.İsmayıllının meyiti iyunun 25-də Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən tapılıb.
İyunun 25-də isə Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakinləri Nurlana Qədirova boğulub, qızı Həmidə Əliyeva isə xilas edilib.