Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 21:05-də yayılıb)
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, Bakı şəhəri, Nizami rayonu, maşın bazarında mağazalardan birində baş vermiş yanğın saat 22:59-da söndürülüb.
XXX
21:53
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, Bakı şəhəri, Nizami rayonu, maşın bazarında mağazalardan birində yanğın hadisəsi baş verib.
Dərhal yanğının söndürülməsinə qüvvə və vasitələr cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir.
X X X
21:36
Bakının Babək prospektində "maşın bazarı" deyilən ərazidə güclü yanğın baş verib.
Trend-in məlumatına görə, hazırda yanğının yayılmasının qarşısı alınıb.
Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil.
X X X
21:05
Bakının Babək prospektində "maşın bazarı" deyilən ərazidə güclü yanğın qeydə alınıb.
Trend-in məlumatına görə, hadisə yerinə 5-dən çox yanğınsöndürən avtomobili cəlb olunub.
Hazırda prospektin hər iki istiqamətində nəqliyyatın hərəkətində tıxac yaranıb.