Bakı. Samir Əli - Trend:
Paytaxtın Mətbuat prospektində yanğın hadisəsi baş verib.
Trend-in məlumatına görə, yanğın hadisəsi Mətbuat prospektindəki tələbə şəhərciyinin həyətində baş verib.
Yanğın nəticəsində şəhərciyin həyətində 80 kvadratmetrlik ərazi yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yasamal rayon Dövlət Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən briqadası cəlb edilib, yanğının qarşısı alınıb.