...

Dünən dənizdə batan gəncin meyiti tapılıb

Hadisə Materials 21 İyul 2016 10:00 (UTC +04:00)
Dünən dənizdə batmış gəncin meyiti tapılıb.
Dünən dənizdə batan gəncin meyiti tapılıb

Bakı. Trend:

Dünən dənizdə batmış gəncin meyiti tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, iyulun 20-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km aralı və 50 metr dənizin içərisində, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Bu gün 1989-cü il təvəllüdlü Şahverdiyev Cavid Nəbi oğlunun cəsədi tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 08:16-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti