...

Suraxanıda yanan ev qonşu evləri də təhlükədə qoydu

Hadisə Materials 18 Avqust 2016 09:25 (UTC +04:00)
Gecə saatlarında Bakıda yanğın faktı qeydə alınıb.
Suraxanıda yanan ev qonşu evləri də təhlükədə qoydu

Bakı. Trend:

Gecə saatlarında Bakıda yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, paytaxtın Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı mansard tipli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub.

Yanğın saat 01:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti