...

Ötən ay su kanalında batan şəxsin cəsədi bu gün tapıldı

Hadisə Materials 7 Sentyabr 2016 17:32 (UTC +04:00)
Avqustun 29-da Ucarda su kanalında batan şəxsin cəsədi bu gün tapılıb.
Ötən ay su kanalında batan şəxsin cəsədi bu gün tapıldı

Bakı. Trend:

Avqustun 29-da Ucarda su kanalında batan şəxsin cəsədi bu gün tapılıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, həmin tarixdə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ucar rayonu, Quləbənd kəndində Qəryan su kanalında 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. 07 sentyabr 2016-ci il tarixində 1973-cü il təvəllüdlü Quliyev Təhmuraz Hüseyn oğlunun cəsədi batdığı yerdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 13:35-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti