...

Qadın 9 nəfərə 35 min manat "atdı"

Hadisə Materials 1 Oktyabr 2016 12:43 (UTC +04:00)
Dələduzluq etdiyinə görə tutulmuş Sumqayıt sakininin digər cinayət əməlləri də müəyyən edilib.
Qadın 9 nəfərə 35 min manat "atdı"

Bakı. Trend:

Dələduzluq etdiyinə görə tutulmuş Sumqayıt sakininin digər cinayət əməlləri də müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dələduzluq etdiyinə görə cari il fevralın 22-də tutulmuş Sumqayıt şəhər sakini Nüşabə Baxışovanın ətrafında şəhər Polis İdarəsi əməkdaşları tərəfindən aparılmış istintaq hərəkətləri ilə onun 2013-2015-ci illər ərzində bir paytaxt sakinini və 8 həmyerlisini aldadaraq onlardan ümumilikdə 35.620 manat pul alması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti