...

Ağcabədidə çoban özünü güllələyib öldürdü

Hadisə Materials 28 Yanvar 2017 12:06 (UTC +04:00)
Ağcabədi rayonunda güllələnmə hadisəsi baş verib.
Ağcabədidə çoban özünü güllələyib öldürdü

Bakı. Trend:

Ağcabədi rayonunda güllələnmə hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 27-də Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazisindəki fermada işləyən Bərdə rayon sakini Zahid Əliyev ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən başından xəsarət alıb və hadisə yerində ölüb.

Laçın RPŞ əməkdaşları tərəfindən hadisə yerindən "TOZ-16" markalı tüfəng götürülüb.

Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti