Bakı. Trend:
Bakıda qadın əcnəbi vətəndaşın evini qarət edib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da rayon ərazisində kirayədə yaşayan əcnəbi vətəndaşın evindən 150 manat, 4500 ABŞ dolları pul və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini Günay Əliyeva tutulub.