...

Bulvarda kişi özünü dənizə ataraq intihar edib

Hadisə Materials 9 İyun 2017 00:24 (UTC +04:00)
Dənizkənarı Milli Parkda kişi intihar edib
Bulvarda kişi özünü dənizə ataraq intihar edib

Bakı. Trend:

Dənizkənarı Milli Parkda kişi intihar edib.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin intihar məqsədiylə özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb edilmiş və şəxsiyyəti məlum olmayan 1 nəfər kişinin cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:52-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti