...

78 yaşlı qadını qətlə yetirən şəxs tutulub

Hadisə Materials 13 İyun 2017 12:56 (UTC +04:00)
Füzuli rayonunun Babı kəndində 78 yaşlı Lyuba Babayevanın baş nahiyəsində xəsarətləri olan meyiti evində tapılıb.
78 yaşlı qadını qətlə yetirən şəxs tutulub

Bakı. Trend:

İyunun 10-da Füzuli rayonunun Babı kəndində 78 yaşlı Lyuba Babayevanın baş nahiyəsində xəsarətləri olan meyiti evində tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, faktla əlaqədar cinayət işi başlanılıb.

Baş Cinayət Axtarışı İdarəsi, Füzuli RPŞ və rayon prokurorluğu əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Yaqub Abbasov yaşadığı Sumqayıt şəhəri ərazisində tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti