Bakı. Trend:
Lerikdə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 15:13-də Lerikdən 21 km şimal-şərqdə, Lerik ərazisində zəlzələ qeydə alınıb.
Maqnitudası 3.2, dərinlik 24 km olan zəlzələ episentrdə 3 bala qədər hiss olunub.