...

Azərbaycanda ən çox korrupsiya faktı özəl sektorda aşkarlanıb

Hadisə Materials 17 İyul 2017 11:16 (UTC +04:00)
Azərbaycanda bu ilin 6 ayı ərzində ən çox korrupsiya faktı özəl sektorda aşkarlanıb.
Azərbaycanda ən çox korrupsiya faktı özəl sektorda aşkarlanıb

Bakı. Samir Əli - Trend:

Azərbaycanda bu ilin 6 ayı ərzində ən çox korrupsiya faktı özəl sektorda aşkarlanıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, 6 ay ərzində özəl sektorda 28 şəxs barəsində 25 cinayət işi başlanıb: "Bundan başqa, bank sektorunda 32 şəxs barəsində 19, təhsil sahəsində 12 şəxs barəsində 10, sosial müdafiə sahəsində 5 şəxs barəsində 3, yerli icra hakimiyyəti orqanları ilə bağlı 4 şəxs barəsində 4, gömrük sahəsində isə 2 şəxs barəsində 1 cinayət işi başlanıb".

K.Əliyev qeyd edib ki, bununla yanaşı, vəkillərlə bağlı, "Azərsu" ASC üzrə, təbiətin mühafizə sahəsi ilə bağlı da cinayət işləri başlanıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti