Bakı. Trend:
Çində bir qadın Honq Konqla Şençjen arasındakı sərhəddən paltarının altında 100-dən çox "iPhone" telefonu keçirtməyə cəhd edib.
Trend-in məlumatına görə, qadının xarici görünüşünə diqqət yetirən gömrük əməkdaşları onun üzərinə baxış keçirib və müxtəlif modelli 102 ədəd "iPhone" telefonu aşkar ediblər.
Qaçaqmalın ümumi çəkisi 20 kq-ı ötür. Həmin qadını 3 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.