...

Bərdədə 4 otaqlı ev yanıb

Hadisə Materials 24 Avqust 2017 19:00 (UTC +04:00)
Bərdədə ümumi sahəsi 120 kv.m olan birmərtəbəli evdə yanğın olub.
Bərdədə 4 otaqlı ev yanıb

Bakı. Trend:

Bərdədə ümumi sahəsi 120 kv.m olan birmərtəbəli evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə və dam örtüyü 35 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti