...

Azərbaycanda dağlıq ərazidə köməksiz qalan əcnəbilər 911-ə zəng etdilər

Hadisə Materials 3 Oktyabr 2017 12:34 (UTC +04:00)
Azərbaycanda dağlıq ərazidə avtomobildə köməksiz qalan əcnəbilər axtarılır.
Azərbaycanda dağlıq ərazidə köməksiz qalan əcnəbilər 911-ə zəng etdilər

Bakı. Trend:

Azərbaycanda dağlıq ərazidə avtomobildə köməksiz qalan əcnəbilər axtarılır.

Azərbaycan Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən Trend-ə bildirilib ki, bu gün saat 06:48 radələrində Amerika Birləşmiş Ştatlarının 911 çağrı mərkəzindən Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə Şamaxı rayonunda dağlıq ərazidə bir gümüş və bir qara "Nissan Patrol" markalı avtomobilində qalan xarici vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Yardıma ehtiyacı olan şəxslər və onların yerləşdiyi ərazinin koordinatları dərhal Fövqəladə Hallar Nazirliyinin 112 zəng mərkəzinə ötürülüb.

Hazırda mümkün vasitəslərlə axtarış-xilasetmə əməliyyatları həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti