...

Yaponiya sahillərində içi meyit dolu qayıq tapılıb

Hadisə Materials 27 Noyabr 2017 13:40 (UTC +04:00)
Yaponiya sahillərində içində 8 nəfərin meyiti olan taxta qayıq aşkarlanıb.
Yaponiya sahillərində içi meyit dolu qayıq tapılıb

Bakı. Trend:

Yaponiya sahillərində içində 8 nəfərin meyiti olan taxta qayıq aşkarlanıb. Trend-in məlumatına görə, sahil-mühafizə xidməti qayıqda tapılan bir neçə meyitdən artıq skeletlər qaldığını qeyd edib.

Hazırda Akita prefekturasının polisi araşdırma aparır.

Qeyd edək ki, ara-sıra Yaponiya sahillərində Şimali Koreyaya məxsus qayıqlara rast gəlinir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti