...

Odessada tikilməsi planlaşdırılan “Azərbaycan” parkındakı löhvənin ləkələnməsi ilə bağlı araşdırma aparılır

Hadisə Materials 27 Noyabr 2017 15:54 (UTC +04:00)
Odessada tikilməsi planlaşdırılan “Azərbaycan” parkındakı lövhənin üzərinin boya ilə ləkələnməsi ilə bağlı araşdırma aparılır.
Odessada tikilməsi planlaşdırılan “Azərbaycan” parkındakı löhvənin ləkələnməsi ilə bağlı araşdırma aparılır

Bakı. Trend:

Odessada tikilməsi planlaşdırılan “Azərbaycan” parkındakı lövhənin üzərinin boya ilə ləkələnməsi ilə bağlı araşdırma aparılır.

Bu barədə Trend-ə Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Ukraynanın Odessa şəhərində tikilməsi planlaşdırılan “Azərbaycan” parkındakı lövhənin üzərinin boya ilə ləkələnməsi xuliqanlıq hərəkəti kimi qiymətləndirilməlidir. Səfirlik bu cür xuliqanlıq hərəkətlərinin siyasiləşdirilməsini qətiyyətlə pisləyir və kütləvi informasiya vasitələrini həssas mövzulara diqqətlə yanaşmağı tövsiyə edir.

Diplomatik nümayəndəliyimiz bu xuliqanlıq hərəkəti ilə bağlı Odessa şəhərinin icra strukturları ilə əlaqə saxlayıb və araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti