...

Paytaxtda 2 ev yanıb

Hadisə Materials 6 Dekabr 2017 18:41 (UTC +04:00)
Bakının Sabunçu və Pirallahı rayonlarında yanğın olub.
Paytaxtda 2 ev yanıb

Bakı. Trend:

Bakının Sabunçu və Pirallahı rayonlarında yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabunçuda ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Pirallahıda da ümumi sahəsi 75 kv.m olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları yanıb. Mənzil yanğından mühafizə olunub.

Hər iki yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti