...

Paytaxtda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslər saxlanılıb

Hadisə Materials 18 Dekabr 2017 12:58 (UTC +04:00)
İsmayıllı rayonu ərazisində yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub.
Paytaxtda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Xətai RPİ-nin 37-ci Polis Bölməsinə müraciət edən İsmayıllı rayon sakini Mehman Cabbarov saat 5.00 radələrində rayon ərazisində işlədiyi yanacaqdoldurma məntəqəsinin istirahət otağında dincələrkən, ora qanunsuz daxil olmuş 2 naməlum şəxsin onu bıçaqla hədələyib cibindən 552 manatını götürmələri barədə məlumat verib.

Bu barədə Trend-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Faktla əlaqədar cinayət işi başlanıb. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb, istintaqa təhvil veriliblər.

Araşdırmalarla onların Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Mayilli və Kürdəmir rayon sakini Niyaməddin Mustafayev olduqları müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti