...

Tovuzda komaya düşən şəkərli diabet xəstəsi ölüb

Hadisə Materials 27 Dekabr 2017 13:21 (UTC +04:00)
Tovuz rayonunda komaya düşən şəkərli diabet xəstəsi dünyasını dəyişib.
Tovuzda komaya düşən şəkərli diabet xəstəsi ölüb

Bakı. Samir Əli -Trend:

Tovuz rayonunda komaya düşən şəkərli diabet xəstəsi dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu, Tovuz rayon Mərkəzi Xəstəxanasında baş verib.

Rayonun Şıx Heybət kənd sakini, 1973-cü il təvəllüdlü Hüseynova Sahibə Cahad qızı yaşadığı evdə komaya düşüb. Komatoz vəziyyətdə xəstəxanaya gətirilən xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Qadın xəstəxanada dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti