Bakı. Trend:
Rusiyanın Vladimir şəhərində mənzillərdən birində mərkəzi istilik sistemi borusunun partlaması nəticəsində onlarla pişik isti suda yanaraq tələf olub.
Trend-in məlumatına görə, ev sahibəsi öz mənzilinə yalnız pişikləri yemləmək üçün baş çəkirmiş.
Qonşuların su basdıqdan sonra edilən şikayət əsasında su verilişi dayandırılıb.
Şəhər məhkəməsi həmin qadını vurduğu ziyanla əlaqədar 500 min rubla yaxın məbləğdə cərimələyib.