...

Saatlıda polisi bıçaqlayan şəxs saxlanıldı

Hadisə Materials 22 Yanvar 2018 12:29 (UTC +04:00)
Saatlı rayonunda polis əməkdaşını bıçaqlayan şəxs saxlanılıb
Saatlıda polisi bıçaqlayan şəxs saxlanıldı

Bakı. Samir Əli - Trend:

Saatlı rayonunda polis əməkdaşını bıçaqlayan şəxs saxlanılıb.

Bu barədə Trend-ə Saatlı rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, polis əməkdaşını bıçaqlayan şəxs rayon sakini - 1969-cu il təvəllüdlü Əliyev Şöhrət Ağazadə oğlu şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Prokurorluqdan bildiriblər ki, hadisənin şəxsi münaqişə zəminində baş verdiyi bildirilsə də, hələlik konkret səbəb məlum deyil. Bıçaqlanan şəxs - polis çavuşu, 1983-cü il təvəllüdlü Eynullayev Əvəz Ağamirzə oğlu isə əməliyyat olunub, hazırda vəziyyəti ağır-sabitdir.

Saatlı rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti