...

Dayanacaqlardan reklam lövhələrini oğurlayanlar tutulub

Hadisə Materials 30 Yanvar 2018 11:37 (UTC +04:00)
Yanvarın 7-nə keçən gecə Ağdam rayonunun Quzanlı qəsəbəsində 4 avtobus dayanacağından 16 reklam lövhəsinin sökülərək oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Dayanacaqlardan reklam lövhələrini oğurlayanlar tutulub

Bakı. Samir Əli - Trend:

Yanvarın 7-nə keçən gecə Ağdam rayonunun Quzanlı qəsəbəsində 4 avtobus dayanacağından 16 reklam lövhəsinin sökülərək oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və həmin lövhələrin 3 nəfər tərəfindən “Ford” markalı avtomobillə oğurlanması məlum olub.

Təxirəsalınmaz tədbirlərlə cinayətdə şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Kamran Novruzov, Orxan Fərzəliyev və Samux rayon sakini Musa Musayev polis əməkdaşları tərəfindən müəyyən edilərək Gəncə şəhəri ərazisində saxlanılıblar.

Araşdırmalarla K.Novruzovun əvvəllər reklam şirkətlərindən birində çalışması, bir neçə rayonda həmin reklam lövhələrini quraşdırmaqla məşğul olması, lakin 2 il əvvəl işdən çıxarılması məlum olub. Onların birlikdə Gədəbəy, Qazax, Ağdaş, Sabirabad, Göyçay və Yevlax rayonları ərazislərində də avtobus dayanacaqlarının hissələrini sökərək oğurlamaları və metal qəbulu məntəqəsinə satmaları müəyyən edilib.

Polis əməkdaşları tərəfindən 28 ədəd lövhələr və onların hissələri maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti