...

Bakıda yük avtomobili yaşayış evinə çırpılıb

Hadisə Materials 8 Fevral 2018 23:44 (UTC +04:00)
Bakıda yük avtomobili yaşayış evinə çırpılıb
Bakıda yük avtomobili yaşayış evinə çırpılıb

Bakı. Trend:

Bakıda yük avtomobili yaşayış evinə çırpılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Bakı şəhəri, Sabunçu rayonunda “SHACMAN” markalı yük avtomobili fərdi yaşayış evinə çırpılıb.

Qəza nəticəsində sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Xəbər lenti

Xəbər lenti