...

Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitə aşkar edilib

Hadisə Materials 15 Fevral 2018 11:27 (UTC +04:00)
Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Omega" markalı nəqliyyat vasitəsinə "Cek" ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirilib.
Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitə aşkar edilib

Bakı. Trend:

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Omega" markalı nəqliyyat vasitəsinə "Cek" ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirilib.

Trend-in Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, kinoloji xidmət itinin reaksiyasına əsasən avtomobilin ön və arxa oturacaqlarının söykənəcəklərinin içərisindən və yük yerindən gömrük nəzarətindən gizlədilən, üzərində "Korsarka" sözləri yazılan 28 qutu pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti