...

Qaçaqmal yolu ilə ölkəyə qızıl-zinət əşyaları keçirmək istəyən qadın saxlanıldı (FOTO)

Hadisə Materials 21 Fevral 2018 10:42 (UTC +04:00)
Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının əl yüklərinə "Smiths detektion Heimann X-ray" yük yoxlama cihazı ilə gömrük baxışı keçirilib.
Qaçaqmal yolu ilə ölkəyə qızıl-zinət əşyaları keçirmək istəyən qadın saxlanıldı (FOTO)

Bakı. Samir Əli - Trend:

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının əl yüklərinə "Smiths detektion Heimann X-ray" yük yoxlama cihazı ilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, baxış zamanı, xanım vətəndaşın çantalarındakı paltarların içərisində əvvəlcədən gömrük nəzarətinə bəyan edilməyən, ümumi çəkisi 185,12 qram olan 7 ədəd qızıl üzük, 4 ədəd qızıl bilərzik, 19 cüt qızıl sırğa, 8 ədəd qızıl boyunbağı və 7 ədəd qızıl kulon aşkar edilib.

Faktlabağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti