...

Qadını şantaj edən Hövsan sakini tutuldu

Hadisə Materials 14 Mart 2018 17:15 (UTC +04:00)
Bakı şəhər sakini Y.Zalov paytaxt sakini olan qadından barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 500 manat alarkən saxlanılıb.
Qadını şantaj edən Hövsan sakini tutuldu

Bakı. Trend:

Bakı şəhər sakini Y.Zalov paytaxt sakini olan qadından barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 500 manat alarkən saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Bakı şəhər sakini Yaqub Zalov paytaxt sakini Z.Vəliyeva (ad- soyad şərtidir) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 5100 manat alıb.

Martın 12-də Suraxanı rayonunun Hovsan qəsəbəsində Y.Zalov yenidən həmin qadını hədələyib 500 manat alarkən Bakı şəhər BPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti