...

Ağdamda yol qəzası: ölən və xəsarət alan var

Hadisə Materials 28 Mart 2018 13:51 (UTC +04:00)
Ağdam rayonunun Eyvazlı kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Ağdamda yol qəzası: ölən və xəsarət alan var

Bakı. Trend:

Ağdam rayonunun Eyvazlı kəndində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, martın 27-də saat 20 radələrində Ağdam rayonunun Eyvazlı kəndində Xındırıstan qəsəbə sakini Ramil Mirzəyev idarə etdiyi “VAZ-21154” markalı avtomobili qarşıda gedən Quzanlı qəsəbə sakini Ceyhun Məhərrəmovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə vurub.

Nəticədə R.Mirzəyev hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Ağdam RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti