Bakı. Trend:
Bərdə rayonunda yanğın hadisəsi qeydə alınıb.
FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Qasımbəyli kəndində ümumi sahəsi 21 m2 olan sexin qamışdan ibarət dam örtüyünün yanar konstruksiyaları 10 m2 sahədə yanıb. Sexin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.