Bakı. Trend:
Kalininqrad vilayətində Baltik dənizi üzərində vertolyot qəzaya uğrayıb.
Trend-in məlumatına görə, Kalininqrad fövqəladə xidmətinin yaydığı xəbərə görə, qəza nəticəsində dənizə düşən vertolyotda iki ekipaj üzvü olub.
Məlumata görə, pilotlardan birinin meyiti tapılıb. Digər pilotun tapılması üçün axtarış-xilasetmə işləri davam etdirilir.
Qəzanın baş vermə səbəbləri hələ məlum deyil. Araşdırma başlayıb.