Bakı. Trend:
Əfqanıstanın paytaxtı Kabildə səhər saatlarında baş vermiş iki partlayış nəticəsində ölənlərin sayı 21-ə çatıb.
Trend-in məlumatına görə, xəsarət alanların sayı isə 27 nəfərdir.
Bundan əvvəl 7 nəfərin öldüyü, 20-nin yaralandığı bildirilirdi.
Məlumata əsasən, partlayışlardan birini motosikletdə olan terrorçu-intiharçı törədib.
Ölən və yaralananlar arasında "TOLOnews", "1TV" və "Al Jazeera" telekanallarının jurnalistləri də var. "Frans Press" agentliyi partlayış nəticəsində fotoqrafı Şa Marainin həlak olduğunu bildirib.