...

ETSN daha bir qanunsuz ağac kəsimi aşkarladı - Bu dəfə Şəkidə (FOTO)

Hadisə Materials 1 May 2018 10:55 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.
ETSN daha bir qanunsuz ağac kəsimi aşkarladı - Bu dəfə Şəkidə (FOTO)

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.

ETSN-dən Trend-ə verilən məlumata görə, reyd zamanı Şəki-Oğuz magistral avtomobil yolunda “Qazel” markalı 09-BM-938 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 2 kub.m həcmində fıstıq cinsli işlik meşə materialının aparıldığı aşkar edilib.

Araşdırma zamanı avtomobilin Şəki rayonu Aşağı Kəldək kənd sakini Elturan İsmayılzadəyə məxsus olduğu müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və 300 manat məbləğində ziyan tətbiq edilib. Qanunsuz yolla əldə edilmiş meşə materialı mühafizə olunması üçün Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə təhvil verilib.

Meşə materialının haradan gətirilməsini müəyyən etmək üçün araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti