...

Qəbələ sakininin təbiətə 13 min manatdan artıq ziyan vurduğu aşkarlanıb (FOTO)

Hadisə Materials 3 May 2018 16:57 (UTC +04:00)
Qəbələ rayonu Vəndam bələdiyyəsinin mülkiyyətinə məxsus torpaq sahəsində ağac və kolların qanunvericiliyə zidd olaraq kəsilərək məhv edildiyi və ərazidə münbit torpaq qatının korlandığı aşkar edilib.
Qəbələ sakininin təbiətə 13 min manatdan artıq ziyan vurduğu aşkarlanıb (FOTO)

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı Qəbələ rayonu Vəndam bələdiyyəsinin mülkiyyətinə məxsus torpaq sahəsində yaş köküstə 3-16 sm diametrliyində müxtəlif cinsli ağac və kolların qanunvericiliyə zidd olaraq kəsilərək məhv edildiyi və ərazidə münbit torpaq qatının korlandığı aşkar edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı ağac və kolları məhv edən, münbit torpaq qatını korlayan şəxsin həmin torpaq sahəsinin icarədarı Qəbələ rayonu Vəndam kənd sakini Şahnəzərov Kənan Zakir oğlu olduğu müəyyən edilib.

Faktla bağlı Şahnəzərov Kənan Zakir oğlu barəsində akt tərtib edilmiş və ona təbiətə dəymiş 13104 ,52 manat ziyan hesablanıb.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozucusunun müvafiq məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti