...

DMX: 56 qanunsuz miqrant saxlanılıb (FOTO)

Hadisə Materials 18 May 2018 12:34 (UTC +04:00)
Dövlət Miqrasiya Xidmətinin (DMX) qa­nun­suz miqrasiyaya qarşı həyata keçirdiyi təd­bir­lər za­ma­nı 56 nəfər əcnəbi aşkar edilib.
DMX: 56 qanunsuz miqrant saxlanılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Dövlət Miqrasiya Xidmətinin (DMX) qa­nun­suz miqrasiyaya qarşı həyata keçirdiyi təd­bir­lər za­ma­nı 56 nəfər əcnəbi aşkar edilib.

DMX-dən Trend-ə verilən məlumata görə, onlardan 13-ü Hindistan, 12-si Türkiyə, 10-u Pakistan, 7-si İran, 7-si Nepal, 4-ü Özbəkistan, 2-si Gürcüstan və 1-i Türkmənistan və­­tən­da­şıdır.

Həmin şəxslərdən 38 nəfəri Bakı şəhəri Qanunsuz Miqrantların Saxlanılması Mər­kə­zin­də yerləşdirilib.

Araşdırma zamanı 4 nəfər Türkiyə vətəndaşının qanunsuz əmək fəaliyyətinə cəlb edildiyi, Pakistan vətəndaşı Muhammad Munirin qeyr-qanuni ola­raq küçə ticarəti ilə məşğul olduğu, digər əcnəbilərin Azərbaycan əra­zi­sin­də olma və yaşama qay­da­larını poz­duqları məlum olub.

Saxlanılan Nepal vətəndaşları Thapa Dal Bahadur, Nepali Bhim və Karki Rameshin Hindistanda fəaliyyət göstərən Raju adlı şəxs tərəfindən Tür­ki­yəyə göndərilmək adı altında Azərbaycana gə­ti­ril­məsinin və burada yerləşdirilməsinin təşkil edildiyi müəyyənləşib. Həmin Nepal vətəndaşlarının Azərbaycandan İrana, oradan Türkiyəyə keçiril­mək­lə leqalla­şacaqlarına vəd verilib və qanunsuz miqranta çevril­mə­lə­ri­nə şə­rait yaradılıb. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.

Türkiyə, Gürcüstan, Özbəkistan, Türkmənistan və­­tən­da­şları və saxlanılan əcnəbilərdən İran və­tən­­­­daş­­­ları­nın ölkəni tərk etmələri tə­min olunub, digər şəxslərin Azərbaycan hüdudlarından kə­na­ra çıxarılması istiqa­mətində müvafiq təd­bir­­lər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti