...

FHN: Ağsuçayda minik avtomobilində köməksiz qalan 4 nəfər xilas edilib

Hadisə Materials 2 İyun 2018 17:53 (UTC +04:00)
Ağsuçayda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib.
FHN: Ağsuçayda minik avtomobilində köməksiz qalan 4 nəfər xilas edilib

Bakı. Trend:

Ağsuçayda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonu, Ağsuçay çayının Qaleybuğurd kəndi ərazisindən keçən hissəsində 4 nəfər "UAZ" markalı minik avtomobilinin içərisində köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Mülki Müdafiə Qoşunlarının müvafiq xilasetmə qüvvələri vətəndaşların xilas olunmasını təmin ediblər.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti