...

Ankarada seçkilər vaxtı terakt planlaşdıran İŞİD-çilər saxlanılıb

Hadisə Materials 22 İyun 2018 09:26 (UTC +04:00)
Türkiyə paytaxtında terror aktının qarşısı alınıb.
Ankarada seçkilər vaxtı terakt planlaşdıran İŞİD-çilər saxlanılıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə paytaxtında terror aktının qarşısı alınıb.

Trend-in məlumatına görə, Ankara polisi İŞİD terror təşkilatının ölkədə seçkilər zamanı terror aktı planlaşdıran 14 üzvünü saxlayıb.

Saxlanılanların hamısının xarici vətəndaş olduğu bildirilir.

Onlardan partlayıcı vasitələr və odlu silahlar götürülüb.

Xatırladaq ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti