...

DİN: Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Hadisə Materials 29 İyun 2018 14:22 (UTC +04:00)
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir.
DİN: Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Bakı. Trend:

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir.

DİN-dən Trend-ə verilən məlumata görə, iyunun 28-də bu istiqamətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Əliyevin evindən 415 qr marixuana, 21 qram tiryək və heroin, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakini Fərid Kamalovun evindən 695 qram tiryək, Liman şəhər sakini Mais Hüseynovun həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları Mosul kənd sakini Kamil Durmuşovdan 15 qram, evindən isə əlavə olaraq 480 qram marixuana aşkar edərək götürüblər.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Qara Nuru kənd sakini Seymur Alməmmədovdan şəxsi axtarış zamanı narkotik vasitə olan marixuana aşkar edilib. Polis əməkdaşları tərəfindən onun həmin narkotik vasitəni Sarıcalar kənd sakini Vüqar İmanzadədən aldığı müəyyən ediliib. Görülmüş tədbirlərlə V.İmanzadə saxlanılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində onun evindən 200 qram marixuana, həyətindəki yarımçıq tikilidən isə kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti