...

Yevlaxda 3 nəfərin ölümü ilə nəticələnən qəza barədə RƏSMİ

Hadisə Materials 2 İyul 2018 14:02 (UTC +04:00)
DİN Yevlaxda 3 nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat yayıb
Yevlaxda 3 nəfərin ölümü ilə nəticələnən qəza barədə RƏSMİ

Bakı. Trend:

DİN Yevlaxda 3 nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, iyunun 30-da saat 18 radələrində Yevlax rayonu ərazisində Abşeron rayon sakini Allahverdi Məmmədovun idarə etdiyi “Hovo” markalı yük avtomobili ilə Bakı şəhər sakini Mais Mustafayevin idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobus toqquşub.

Nəticədə M.Mustafayevin sərnişinlərindən Şəmkir rayon sakinləri Samirə Musayeva, 12 yaşlı Emil Abdullayev və Abşeron rayon sakini Ziyafət Ələsgərova hadisə yerində ölüb, digər 4 sərnişin xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti