...

Kürdə batan 19 yaşlı gəncin meyiti sudan çıxarılıb (YENİLƏNİB)

Hadisə Materials 5 İyul 2018 20:49 (UTC +04:00)
Dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Kürdə batan 19 yaşlı gəncin meyiti sudan çıxarılıb (YENİLƏNİB)

Bakı. Trend:

Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsi ərazisindən keçən hissəsində batmış 1999-cu il təvəllüdlü Cabbarov Turan Elşən oğlunun axtarışları başa çatıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, T.Cabbarovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.​

XXX

19:15

Kürdə batan şəxsin axtarışları aparılır.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti