...

FHN-dən açıqlama: Nərimanov rayonunda yanan bazar deyil, quru ot olub

Hadisə Materials 8 İyul 2018 19:22 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi KİV-lərə müraciət edib.
FHN-dən açıqlama: Nərimanov rayonunda yanan bazar deyil, quru ot olub

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi KİV-lərə müraciət edib.

Müraciətdə deyilir: "8 iyul 2018-ci il tarixində bəzi kütləvi informasiya vasitələrində Nərimanov rayon ərazisində yerləşən tikinti materialları bazarında yanğın hadisəsinin baş verdiyi barədə məlumat yayılıb. Fövqəladə Hallar Nazirliyi bildirir ki, qeyd edilən tarixdə həmin rayonda belə bir hadisə baş verməyib, yalnız 650 m² sahədə quru ot yanmış və yanğın FHN-in yanğınsöndürən qüvvələri tərəfindən söndürülüb.

Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrini bir daha diqqətli olmağa və baş vermiş hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti