...

Hacıqabulda qadın qohumunu bıçaqlayan şəxs tutulub

Hadisə Materials 20 İyul 2018 18:22 (UTC +04:00)
Qəsdən adam öldürməyə cəhddə şübhəli bilinən Hacıqabul rayon sakini F.Şahsuvarov saxlanılıb
Hacıqabulda qadın qohumunu bıçaqlayan şəxs tutulub

Bakı. Trend:

Hacıqabulda qadın qohumunu bıçaqlayan şəxs tutulub.

DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 19-da Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində kənd sakini Fuad Şahsuvarov münaqişə zəminində qohumu Ülviyyə Rəhimovaya bıçaqla xəsarət yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməyə cəhddə şübhəli bilinən F.Şahsuvarov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29, 120-ci maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti