Bakı. Trend:
Kanadanın Toronto şəhərində silahlı hücum olub. Trend-in məlumatına görə, yerli polis silahlı hücum nəticəsində yaralıların sayının 13 nəfərə çatdığını bildirib. Bundan öncə isə 9 nəfərin yaralandığı bildirilmişdi.
Silahlı hücum nəticəsində 1 nəfər qadının öldüyü də bildirilib.
Məlumata görə, atəş açan şəxs zərərsizləşdirilib.
Yaralılar arasında 1 nəfər azyaşlı qızın da olduğu bildirilir.
Hadisənin motivləri və detallar araşdırlır.